10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun bu günə təyin edilmiş son məhkəməsi keçirilməyəcək.
Aktual.az xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, hakimlərin beynəlxalq konfransı ilə bağlı çoxsaylı tədbirlər təşkil edildiyindən bu proses təxirə salınıb.
İclasın noyabrda baş tutacağı gözlənilir.
Vəkillər Ali Məhkəməyə verdikləri kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin İ.Süleymanovun 18 il həbsə məhkum edilməsi hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər.
Qeyd edək ki, İlkinin əsas vəkillərindən biri – Zabil Qəhrəmanovun da vəkillik fəaliyyəti 6 aylıq dayandırıldığından məhkəmədə iştirak edə bilməyəcəkdi.
Xəbər 56 dəfə oxunub.