“İlkin olaraq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır” - Fransalı deputat

“İlkin olaraq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır”   - Fransalı deputat

"ATƏT-in Minsk qrupunun fəaliyyəti illərdir ki, ölü nöqtədən tərpənmir. 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində tərpəniş gözə dəymir. Bu isə o deməkdir ki, sözügedən qrupun fəaliyyətində heç vaxt irəliləyiş olmayacaq. Bu qrumun cəhdlərinə inanmayanları dəstəkləyirəm".

Bu barədə Fransanın sabiq nəqliyyat naziri və Milli Assambleyanın deputatı Tieri Mariani bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əlaqələrin və dialoqun təşkilində Minsk qrupunun rolu, üstünlükləri çox azdır: "Ümid tərəflərin - Azərbaycan və Ermistanın birgə müzakirələr aparmasına qalıb. Şübhəsiz, münaqişənin nizamlanması regionda əlində kart olan və böyük gücə malik bir ölkənin iradəsindən asılıdır. Hər kəs bilir ki, Ermənistan Rusiyanın iqtisadi və siyasi təzyiqləri altındadır. Yəni düşünürəm ki, həqiqəti gizlətmək olmaz. Əgər Moskva problemi yoluna qoymaq istəyərsə, prosesdə irəliləyiş müşahidə olunar. Burada isə söhbət ilkin olaraq yalnız Qarabağ ətrafı rayonların qaytarılmasından gedə bilər. Qarabağ problemi isə sonrakı gedişatdan asılıdır. Bu, çox mürəkkəb məsələdir. Əlbəttə, ətraf rayonların qaytarılması da bir irəliləyiş olar. Bir sözlə, bütün vasitələr Rusiyanın əlindədir. Bu məsələ yalnız Moskvadan asılıdır".

Deputat söyləyib ki, Azərbaycan, İran, Rusiya və Türkiyə arasında körpü rolunu oynaya bilər: "Azərbaycanın bu 3 ölkə ilə bütün sahələrdə əmkdaşlıq etmək üçün böyük şansı var. Bunun üçün öncə Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Sülh və barışıq o zaman əldə oluna bilər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılsın və ədalət bərpa olunsun. Bu, həm də Ermənistan və Azərbaycan arasında hərbi cəhdləri azaldacaq. Hərbiyə ayrılan vəsaitin mülki sahələrə yatırılmasına imkanı verəcək. Deməli, əvvəlcə sülh və əmin-əmanlıq bərpa olunmalıdır. Ermənistanla Azərbaycanın əməkdaşlığına gəlincə, məlumdur ki, bu proses yalnız həmin ölkələr arasındakı münaqişənin ortadan qaldırılmasından sonra başlaya bilər". /Dailykarabakh

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR