İlkin Həsəni ANS-lə bağlı məhkəmə qərarından şikayət etdi

İlkin Həsəni ANS-lə bağlı məhkəmə qərarından şikayət etdi

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) tanınmış aparıcısı İlkin Həsəni ilə ANS Müstəqil Yayım və Media Şirkəti arasında məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində davam edəcək.

Aktual.az report-a istinadən xəbər verir ki, apellyasiya şikayətinə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə yanvarın 28-də baxılacaq.

Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına Feysbuk sosial şəbəkəsində təhqiramiz ifadələr yazıb. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının subyektiv hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Nəsimi Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilib. İ.Həsəni də sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR