Dünyada ilk dondurulan insan Ceyms Bedfordun bədəni düz 50 ildir dondurulmuş vəziyyətdə saxlanılır.
Aktual.az Trend-ə istinadən bildirir ki, 1967-ci il yanvarın 12-də 73 yaşında olan ABŞ vətəndaşı C.Bedford özünü donduran ilk insan kimi tarixə keçib.
Böyrək xərçəngindən əziyyət çəkən C.Bedford gələcəkdə bu xəstəliyə bir çarə tapılacağına və dondurulmuş insanları yenidən həyata qaytarmağın mümkün olacağına ümid edərək, dondurulmasına razılıq vermişdi.
O gündən rəsmən ölü kimi qəbul edilən amerikalının tibbi baxımından tam ölü olmadığı bildirilir. Kaliforniya Universitetində psixologiya üzrə professor olmuş C.Bedford orqanları xarab olmadan 50 ildir krionika üsulu ilə saxlanılır.
Aktual.az
Xəbər 764 dəfə oxunub.