İlk dəfə olaraq dünyada koronavirusa gündəlik yoluxma sayı 3 milyonu keçdi

İlk dəfə olaraq dünyada koronavirusa gündəlik yoluxma sayı 3 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində koronavirusa 3 395 785 yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstəricidir.

Aktual.az ÜST-ə istinadla xəbər verir ki, ilk dəfədir 24 saat ərzində yoluxanların sayı 3 milyonu keçib.

Bundan əvvəlki antirekord cari il yanvarın 6-da qeydə alınmışdı, həmin vaxt 24 saat ərzində 2 618 130 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.

Son bir gün ərzində dünyada 7 735 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə 5 501 000 nəfər koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib.

ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma halı - 61 332 277 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (36 070 510), Braziliya (22 558 695) və Böyük Britaniya (14 732 598) yer alırlar. Ən çox ölüm halları - 833 519 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (620 091), üçüncü yerdə isə Hindistan (484 655) qərarlaşıb. Daha sonra Rusiya (318 432) və Meksika (300 573) yer alırlar.
Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR