"İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması gözlənilir”.
Aktual.az xəbər verir ki, bu barədə erməni politoloq Andranik Ovannisyan öz teleqram kanalında mənbələrə istinadən yazıb. O bildirib ki, Paşinyanın fərmanı ilə Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh sazişinin imzalanmasına hazırlıq üçün işçi qrup yaradılıb.
Bu işlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da məşğul olur.
Xüsusilə, hazırkı nümunə sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının blokunun açılması nəzərdə tutulur.
Müqavilənin imzalanma vaxtı barədə dəqiq məlumat yoxdur, lakin onun noyabrda baş tutacağı ehtimal edilir.
Xəbər 262 dəfə oxunub.