Oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.
Aktual.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, tutulma qismən Günəş tutulmasıdır:
"Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq”.
Məlumata görə, tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək: "Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq”. (Sfera.az)
Xəbər 289 dəfə oxunub.