İlin ən güclü maqnit fırtınası gözlənilir

İlin ən güclü maqnit fırtınası gözlənilir

Ötən gecə, son 12 gün ərzində ilk dəfə olaraq, Günəşdə maksimum səviyyədə - X1.5 gücündə partlayış baş verib.
Aktual.az xəbər verir ki, bu barədə "Fobos" Mərkəzi xəbər yayıb.
Bildirilib ki, iyul güclü maqnit fırtınası ilə başa çatacaq.
"İyulun 29-na keçən gecə baş verən partlayış bu ilin ən güclü 20 partlayışı sırasına daxil olub", - deyə məlumatda qeyd olunub.
Mütəxəssislərin sözlərinə görə, partlayışlar səbəbindən artıq bu gecə Yerdə G1 sinifli zəif maqnit qasırğası başlaya bilər.
"Qasırğa çərşənbə axşamı ərzində davam edəcək və günün ikinci yarısında G3 səviyyəsinə (güclü) çatacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da növbəti iki gün ərzində - 30-31 iyulda G3 səviyyəli geomaqnit qasırğası gözlənildiyini xəbər verib.
Xəbər 219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR