Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ilin yekunlarına görə ən yaxşı qolun müəllifinə verilən Ferents Puşkaş adına mükafata namizədlərin adını açıqlayıb.
Oxu.az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, noyabrın 21-də, təşkilatın saytında məlumat verilib.
Yekun siyahıya Neymar ("Barselona”), Marlone ("Korintians”), Robson-Kanu (Uels millisi), Danişka Rodriqez (Venesuealanın U-17 qadın yığması), Simon Skrabb ("Gefle”), Lionel Messi (Argentina yığması), Saul Niqes ("Atletiko”), Faiz Subri ("Pulau Pinanq”), Xolmfo Kekana (CAR millisi) və Mario Qasparın (İspaniya yığması) vurduğu qollar daxil edilib.
Qalib FİFA-nın saytında keçirilən səsvermənin nəticələri əsasında müəyyən olunacaq. Qalibin adı 2017-ci ilin yanvarın 9-da açıqlanacaq.
Ən gözəl qola bu linkə daxil olmaqla səs verə bilərsiniz.
Aktual.az
Xəbər 1290 dəfə oxunub.