Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır.
Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır. Bu haqda “Gununsesi”nə tanınmış jurnalistin özü məlumat verib. Onun sozlərinə görə, mayın 30-dan etibarən “Nəzər Nöqtəsi” verilişində onu telejurnalist Tofiq Abbasov əvəzləyəcək.
İlhamiyyə xanım ANS-dən sonrakı fəaliyyəti ilə bağlı isə hələlik, heç bir fikir səsləndirməyib.
Xatırladaq ki, ANS-in ən uğurlu layihələrindən biri olan “Nəzər Nöqtəsi” uzun illər ən baxımlı proqramlardan biri olsa da sonradan yayımı dayandırılmışdı. Son aylarda yenidən efirə qayıdan proqramın ən son aparıcısı İlhamiyyə Rza idi.//Gununsesi.info