Qeyd edək ki, İ.Bədəlova bir neçə gün öncə Lent.az-a açıqlamasında xəyanətə görə, yenidən bir araya gəlməyəcəklərini açıqlamışdı: “Nişanımı qaytarmışamsa, səbəbi var. Ayrılığımın əsl səbəbi onun dəfələrlə xəyanət etməsi olub. İl yarım nişanlı olduq. Nişanlı qaldığımız dövrdə mənə xəyanət etdi, bağışladım. Amma sonuncu xəyanətini keçə bilməzdim. Hətta toy gününü müəyyən edib, restoran danışmışdıq. Toyum üçün restorana verdiyim beh də batdı. Yenidən bir araya gəlməyimiz isə mümkünsüzdür. Mən uşaq deyiləm, 36 yaşım var. Nə etdiyimi çox yaxşı bilirəm. Mən də istəyərdim ki, gözəl ailəm olsun. Amma alınmadı, qismət. Barəmdə də kim harda nə yazırsa, məni maraqlandırmır”.