İlhamənin oğlu ilə bağlı daha bir - Qalmaqal

İlhamənin oğlu ilə bağlı daha bir   - Qalmaqal

İhamə Quliyevanın oğlu Orxan Nadirovun Təzə Pir məscidinə 2 min manat dəyərində borcu olması barədə xəbər yayılıb.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, O.Nadirov yayılan şayiələrə aydınlıq gətirib.

O, məscidə ödənişin edildiyini söyləyib:

"Təzə Pir Məscidinin pulu ödənilib. Elə bir hadisə olmayıb, bu haradan çıxdı? Başqa kim qaldı? Mənim daha sözüm yoxdur".

Xatırladaq ki, Təzə Pir Məscidinin mərasim zalının rəhbəri Atiq Əliyev lent.az-a bildirib ki, O.Nadirov İ.Quliyevanın 40 mərasimi günü pulu verməli olsa da, bu müddəti uzadıb:

"İlhamə xanımın 40 mərasimindən sonra Orxanla əlaqə saxlayırdım ki, pulu gətirsin. Hər dəfə də deyirdi ki, məhkəmədəyəm, indi gəlirəm. Gəlib çıxmırdı.

Hətta bu barədə əməkdar artist Firuzə İbadovaya da demişdim. Axırıncı dəfə isə onunla sərt danışdım. Dedim ki, pulu gətirməsən, mətbuata açıqlama verəcəm. Amma çox şükür ki, pulu qaytardı".

Xəbər 680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR