İlhamənin köməkçisini şantaj edənlərin - ADLARI

İlhamənin köməkçisini şantaj edənlərin  - ADLARI

“Mehriban Hüseynovanın işi ilə bağlı lazımı qurumlara müraciət etmişəm. İşin obyektiv araşdırılmasını xahiş etmişəm. Mənə verilən rəsmi cavablarda da bildirilir ki, bu iş xüsusi nəzarətdədir. İşin istintaqı obyektiv araşdırılacaq”.

Gecce.az bildirir ki, bu barədə modern.az saytına deputat Çingiz Qənizadə mərhum müğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın işi barədə danışarkən deyib.

Ç.Qənizadə Mehriban Hüseynovanın həbs olunmasının əsas səbəblərini söyləyib:

“İlhamə Quliyeva artıq rəhmətə gedib. O, sağ olanda müəyyən təzyiq metodları var idi və bunlardan istifadə edirdi. Ola bilsin Mehriban Hüseynova ona görə həbs olundu ki, İlhamə Quliyeva müəyyən şantaj yollarına əl atırdı, səs-küy salırdı, müxtəlif vəzifəli adamların adlarını hallandırırdı, müxtəlif adamlara zənglər edirdi. Bu da Mehriban Hüseynovanın həbs olunmasına gətirib çıxarıb.

Hər halda Baş Prokurorluq istintaqın sonunda bu əmələ düzgün qiymət verəcək. Əgər iş məhkəməyə gedəcəksə, ümid edirəm ki, bu, həbssiz bir cəza ola bilər.
Hansısa bir hərəkətə görə, edilən və ya edilməyən əmələ görə şəhid bacısının həbs edilməsinin tərəfdarı deyiləm və əvvəldən də olmamışam”.

Çingiz Qənizadə həbsdə olan Mehriban Hüseynovaya təzyiq göstərən, şantaj edən, onun videogörüntülərinin məcburi çəkilməsində əli olan şəxslərin istintaqla artıq müəyyən olunduğunu söyləyib:

“Mehriban Hüseynovanın da müraciətində göstərilirdi ki, İlhamə Quliyevanın oğlu, onun dostu və başqa bir xanım tərəfindən təzyiqə məruz qalaraq videogörüntülər çəkilib. İnternetdə yayılmış videogörüntülərdən görürük ki, otaqda bir neçə adam var.
Düzdür, onların üzləri görünməsə də, istintaq zamanı həmin şəxslərin kimliyi artıq müəyyən olunub. Mehriban Hüseynova hansısa təzyiqlər altında bu hərəkətləri etməyə məcbur edilib. Hətta Mehriban Hüseynova bu hərəkətləri könüllü etmiş olsaydı belə, bu cür görüntülərin yayılması qanunla qadağandır”.

Deputat hələ də istintaqla müəyyən olunmuş günahkar şəxslərin niyə həbs olunmadığının səbəblərini açıqlayıb:

Həmin şəxslərin istintaq zamanı müəyyən olunmasına baxmayaraq, bu məsələyə dərhal həbslə qərar vermək olmaz. Çünki biz bir tərəfdən Mehriban Hüseynovanın niyə həbs olunduğunu, amma təqsirkar ola biləcək başqalarının niyə həbs olunmadığını deyirik.

Yəni bu o demək deyil ki, bizim istədiyimiz adamlar həbs olunmalıdır, amma istəmədiymiz adamlar yox. Hər şeyə istintaq qiymət verir”.

“Hər bir halda günahkar şəxslərlə bağlı qanunla nəzərdə tutulan cəza həddi var. Bəzi detallara istintaqın sonunda aydınlıq gəlir. Ümid edirəm ki, sonda bu məsələ öz hüquqi və ədalətli həllini tapacaq”-deyə Çingiz Qənizadə bildirib.

// Aktual.az

Xəbər 6345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR