Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb.
AzNews.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev sosial şəbəkədə məlumat verib. O, şərabların Almaniyada buraxıldığını bildirib.
Hacı Quliyev qeyd edib ki, sözügedən şərab vaxtilə İlhamə Quliyevanın şəxsi imzası ilə Bakının məşhur restoranlarından birinə hədiyyə olunub.
Xəbər 1184 dəfə oxunub.