Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Bəkirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
V.Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur.