Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Nadir oğlu Bəkirovun şikayətinə baxılıb.
Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və azadlığa buraxılıb.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Vüqar Bəkirov Yasamal rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
V. Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur.
Aktual.az
Xəbər 318 dəfə oxunub.