Bir neçə gün öncə tanınmış müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barədə ilginc açıqlamalarla çıxış etmişdi.
Mirəliyev ölkə.az-a açıqlamasında bildirmişdi ki, Nadirov İmişli rayonundan olan şəxsə pul "atıb": "Axırıncı dəfə Orxanla Vüqarı Binəqədi polisi saxlayanda bildiyimə görə İmişlidən kiməsə pul atmışdılar. Rəhmətlik zəng vurub Ağadadaş Ağayevə deyib ki, onların azad olunmasına kömək etsin. Ağadadaş da zəng vurub buraxıblar. Bu adam peşəkar dələduzdur, uşaqlığında İlhamənin evindən nə qədər şeylər oğurlayıb. Hamısını özü mənə danışırdı. Heç yerdə işləmir, haradan qazanır, haradan xərcləyir".
Qeyd edək ki, O.Nadirov isə Mirəliyevin səsləndirdiyi fikirləri təkzib etmişdi.
Bu gün ölkə.az-a sözügedən məsələ ilə bağlı ilginc hesab ediləcək məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, O.Nadirov bir neçə ay öncə İmişlidən olan bir şəxsə 50 min civarında pul "atıb": "Həmin şəxs İmişlidə və ümumilikdə ölkəmizdə böyük nüfuza malik olan lotunun qardaşı oğludur. Həmin şəxslər kriminal aləmdə böyük hörmətə sahibdirlər. Ona görə də polisə şikayət etməyiblər".
// Aktual.az