Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın ölüm səbəb ilə bağlı açıqlama verib.
Aktual.az-ın Azvision.az-a istibadən məlumatına görə, Ə.Mirəliyev xalq artistinin təzyiqdən əziyyət çəkdiyini deyib.
“Onun böyrəklərindən biri sıradan çıxmışdı. Bundan əlavə şəkəri də vardı. İlhamə xanım özünü pis hiss edirdi. Onun həmçinin ürəyində də problemlər var idi”.
Ə.Mirəliyevin sözlərinə görə, bu gün səhər saatlarında halı pisləşən İ.Quliyeva ilk olaraq ona xəbər verilməsini istəyib: “Səhər narahat olduqdan sonra məni çağırmağı tapşırıb. Mən də Mərdəkandan yuxulu-yuxulu durub gəlmişəm”.