“Ətrafımda şeytanlar çoxdur”.
İnsan yaşa dolursa, kənardakılar çox söz danışırlar. Deyirlər ki, “Daha oxumasın, yaşı keçib". Sənətdəki yerimə göz dikənlər çoxdur. Amma arzuları ürəklərində qalacaq”.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti “ATV maqazin onlarla” verilişində deyib. O, paxıllığını çəkənlərin çox olduğunu bildirib:
“Ətrafımda şeytanlar çoxdur. Mən də baxımlıyam, gözləri götürmür. Bar verən ağaca daş atan çox olur. Ünvanıma yersiz sözlər danışanda sevinirəm. Deyirəm, Allah sizə şəfa versin. Nə qədər gözəlliyim, sağlam ürəyim varsa oxuyacam. Görün dərim necə şəffafdır. Pensiyaya çıxıb, təqaüdçü olsaydım sevinərdilər. Yaşımdan heç kim danışmasın. Mən yaşımla qürur duyuram. Mən cavanam və gözələm”.
Aktual.az