İlhamə Quliyeva: Mənimlə çaşmaq olmaz

İlhamə Quliyeva: Mənimlə çaşmaq olmaz

Xalq artisti İlhamə Quliyeva yenə sərt mesaj göndərib.

Aktual.az xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında “kim çaşırsa, o tez aşır.

Mənimlə çaşmaq olmaz. Bir-birini ortalığa qoyub, toyuğu didən kimi didişirlər” – deyib:

“Əslində sülh tərəfdarıyam. Kimə gücüm çatır onları barışdırıram. Hələ heç kim sözümü yerə salmayıb. Çox ürəyi yumşağam. Gəlib ayağıma düşürlər, yalvarırlar. Mən də günahlarından keçirəm. Kimi bağışlayıramsa, ona yazığım gəlir. Bağışlamaq mənim böyüklüyümdür. Kimisə məhkəməyə versəm, gərək gedib diri-diri qəbirdə yatsın. Getsin borclarını qaytarsın. Nisyə qonaqlıqlar, toylar edir. Restoranlara nə qədər borcu var. Getsin onları ödəsin”.

// Aktual.az

Xəbər 4872 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR