İlhamə Quliyeva hücuma məruz qaldı

İlhamə Quliyeva hücuma məruz qaldı

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

Oktyabrın 15-i, saat 02:00 radələrində xalq artisti İlhamə Quliyeva qalmaqal yaşayıb.
Aktual.az xəbər verir ki, AZƏRFAX-ın əməkdaşı təsadüfən hadisənin şahidi olub. 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib.

İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib:

“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?”

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. İttiham tərəflərindən biri - “Chvrolet”in sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.

Xəbər 944 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR