Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələlər və beynəlxalq gündəmdə olan mövzular müzakirə olunub. Bundan başqa, Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılıb, Suriyada atəşkəsin tətbiqinə dair Rusiya və ABŞ arasındakı razılığın həyata keçirilməsinin vacibliyi vurğulanıb.