Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda görüşə bilər.
Aktual.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr daimi komitəsinin sədri Eduard keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İrəvan və Bakı liderlərin görüşü üçün danışıqlar aparır: "Mən bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix deyə bilmərəm".
Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Xəbər 519 dəfə oxunub.