İlham Əliyevin də getdiyi sabahkı forumda təhlükəsizlik tədbirləri

İlham Əliyevin də getdiyi sabahkı forumda təhlükəsizlik tədbirləri

Xəbər verdiyimiz kimi, yanvarın 20-də İsveçrənin Davos şəhərində başlayacaq 46-cı ənənəvi illik Dünya İqtisadi Forumu gücləndirilmiş təhlükəsizlik şəraitində keçiriləcək. Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları Forumda 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi Forumun təhlükəsizliyinin təmin olunmasına cəlb edib. Eyni zamanda, “Eurofighter” qırıcıları tədbirin təhlükəsizliyi üçün uçuşlar keçirəcək.

Aktual.az-ın Azərtac-a istinadən məlumatına görə, Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvab bildirib ki, builki Forumda əsas mövzu sənaye inqilabının doğurduğu problemlərin həlli yollarının müzakirəsi olacaq. Ekspertlərin fikrincə, dünyada risk landşaftı son 11 ildə daha genişlənib. İstər ətraf mühit, istərsə də cəmiyyət, iqtisadiyyat, geosiyasət və texnologiya istiqamətlərində risklərin daha tez baş verməsi və həyatın digər sahələrini əhatə etməsi ehtimalları güclənib. Qloballaşan dünyada risklərin də bir-biri ilə zəncirvari əlaqəli olması onların qarşısının alınması üçün kompleks yanaşma tələb edir.

Almaniyanın kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Renzinin adı ölkələrindəki aktual problemlərlə əlaqədar builki Forum iştirakçıları siyahısında yoxdur. ABŞ-ı isə Forumda 17 ildən sonra ilk dəfə olaraq, ölkə Prezidenti deyil, vitse-prezident Co Bayden təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin də Dünya İqtisadi Forumunda iştirak edəcəyi gözlənilir.

Aktual.az

Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR