Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib. “Anadolu” agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.