Vergilər nazirinin müavini İlkin Etibar oğlu Vəliyevə III dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, ötən gün ölkə başçısının sərəncamı ilə İ. Vəliyev vergilər nazirinin müavini təyin edilib.