İlham Əliyevdən Rusiya qazı ilə bağlı suala CAVAB

İlham Əliyevdən Rusiya qazı ilə bağlı suala CAVAB

Biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk.
 
Aktual.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
 
"Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distributor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR