Prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, Sərəncamda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur;
1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin.