Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə məktub ünvanlayıb.
Aktual.az xəbər verir ki, məktubda deyilir:
“Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram”.