Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə məktub ünvanlayıb.
Aktual.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.