Azərbaycan prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.
Aktual.az xəbər verir ki, məktubda deyilir:
- Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.