Azərbaycan prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosu bu ölkənin Müstəqillik günü münasibətilə təbrik edib.
Aktual.az xəbər verir ki, İlham Əliyev təbrik məktubunda qeyd edib ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək: "Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".