İlham Əliyev yenidən Fransaya səfər edəcək

İlham Əliyev yenidən Fransaya səfər edəcək

Azərbaycan prezident İlham Əliyev noyabr ayının 29-30-da yenidən Fransaya gedəcək.

Aktual.az Ans-ə istinadən xəbər verir ki, səfərin məqsədi Birləşmiş Millətlər Təşkilatının 2-ci konfransında iştirak etməkdir.

Prezidentin səfəri haqqında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez danışıb. O həmçinin qeyd edib ki, bu, noyabr ayı ərzində İlham Əliyevin Fransaya ikinci səfəri olacaq.

Xatırladaq ki, İlham Əliyev bir neçə gün bundan əvvəl - noyabrın 17-də UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib.

Prezident UNESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva ilə birlikdə iştirak etdiyi forumda çıxış edərək İslam dinini müdafiə edib.

O, Fransada baş verən terror hadisələri ilə əlaqədar Fransa xalqına başsağlığı verəndən sonra Azərbaycanın da keçmişdə çoxsaylı terror hadisələrinə məruz qaldığını vurğulayıb.

"Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu, multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu, onu göstərir ki, terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir", - deyən ilham Əliyev dinin - İslamın terrora heç bir aidiyyatı olmadığını bildrib. (Ans)

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR