Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasına sədr təyin edib.
Aktual.az xəbər verir ki, Prezident bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Rüfət Cəbrayıl oğlu Aslanlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib.