İlham Əliyev ukraynalı həmkarını təbrik etdi

İlham Əliyev ukraynalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Müstəqillik günü münasibətilə Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, məktubda deyilir:

“Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”. 

 
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR