Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib.
Aktual.az xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər 412 dəfə oxunub.