Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Putin sammitdə İlham Əliyevlə yanaşı İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək.
Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Xəbər 244 dəfə oxunub.