Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Aktual.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.
Bundan başqa, dövlət başçısı "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.
Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
Xəbər 209 dəfə oxunub.