Azərbaycan prezidenti İlham Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında hava əlaqəsini nəzərdə tutun sazişi təsdiq edib.
Dövlət başçısı 2015-ci il iyulun 8-də Ciddə şəhərində imzalanmış “Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının hökuməti arasında hava əlaqəsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.