İlham Əliyev: “Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdur”

İlham Əliyev: “Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdur”

Qarabağ münaqişəsi iki il əvvəl həll olunub və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur, Azərbaycan prezidenti İlham Əliyev bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib. Eyni zamanda, Əliyev Ermənistan-Azərbaycan münasibətləri istiqamətində "çox ciddi addımların” atılmasının vacibliyini vurğulayıb.
Əliyevi salamlayan Putin qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin Soçi görüşünün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün üçtərəfli razılaşmaların həyata keçirilməsini təmin etməkdir.
"Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi bizim sülhməramlı kontingentimiz öz missiyasını lazımi şəkildə yerinə yetirir. Əlbəttə ki, bu gün yaranmış vəziyyətdən danışmaq, hələ həll olunmamış məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Və bununla bağlı iqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Burada da, görünür, əlavə təkan vermək lazımdır. Mən bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir,” Rusiya Prezidenti qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır.
"Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq, belə görüşlər Sizin təşəbbüsünüzlə keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı təkan verib. Azərbaycan nisbətən yaxınlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar. Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə təbii ki, çox ciddi addımlar tələb edən formatdır. Biz sizin davamlı şəxsi rolunuzu və bu məqsədlərə çatmaqda Rusiyanın rolunu gözləyirik,” Əliyev qeyd edib.




Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR