İlham Əliyev putinlə Dağlıq Qarabağ münaqişəsini Müzakirə edəcək

İlham Əliyev putinlə Dağlıq Qarabağ münaqişəsini   Müzakirə edəcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Xəzər problematikası, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri şənbə günü Azərbaycan və Rusiya prezidentləri arasında Bakıda keçiriləcək görüş zamanı müzakirə olunacaq. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Qarşıda duran yüksək səviyyədə danışıqlar zamanı regional gündəliyin əsas məsələləri, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması problemi və ötən ilin sentyabrında Həştərxanda keçirilən IV Xəzər sammitində qəbul olunan qərarların həyata keçirilməsinin gedişatına toxunulacaq", - deyə o qeyd edib. 

Uşakovun sözlərinə görə, söhbət zamanı, həmçinin vacib ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

Aktual.az

Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR