İlham Əliyev onları təltif etdi

İlham Əliyev  onları təltif etdi

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
***
Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova "Tərəqqi” medalı ilə təltif edilsin.
***
Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar artist” fəxri adı verilsin.
Abdullayev Davud Bəxtiyar oğlu
Rəhimova Fəzilə Vaqif qızı.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Qılıncov Bəxtiyar Vaqif oğlu
"Tərəqqi” medalı ilə
Ağakərimov Müzəffər Mehdi oğlu
Əliyev Zakir Haşım oğlu
Qədəşov Tahir Ərziman oğlu
Yusufov Rüfət Teymur oğlu.
Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR