Prezident sərəncam imzaladı.
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə sərəncam imzayıb.
Bu barədə Aktual.az dövlət başçısının rəsmisaytına istinadən xəbər verir.
Sərəncama əsasən NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında 2015-ci il yanvarın 12-də və aprelin 9-da imzalanmış məktublar mübadiləsi formasında Saziş təsdiq edilib.
Aktual.az