Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirə 9 ayın yekunlarına həsr olunub. İclasda yüksək vəzifəli hökumət və dövlət rəsmiləri iştirak ediblər. Ayrı-ayrı sahələrə aid hesabatlar dinlənilib. Dövlət başçısı müşavirədə çıxış edib, müvafiq tapşırıq və göstərişlərini verib.
Yaxın saatlarda müşavirə haqda geniş rəsmi məlumat yayılacaq.\qafqazinfo