“Azərbaycana səfərim zamanı bu ölkənin sürətli inkişafının şahidi oldum”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Misirin Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri bildirib.
Onun sözlərinə görə, turizm sahəsindəki inkişaf Azərbaycanın yaxın gələcəkdə dünyada mühüm ölkələrən biri olacağına sübutdur:
“Bizim Azərbaycana gəlməyimizin əsas məqsədi turizmin bir sıra sahələrində əməkşalıq əlaqələrini möhkəmləndirməkdir. Buna görə də bizim nümayəndə heyətimizə bir sıra turizm və aviaşirkətlər də daxildir. Hədəfimiz Misir və Azərbaycan arasında qarşılıqlı turizm səfərlərinin təşkildir. Misir qonaqpərvər və qapıları açıq ölkədir və biz Azərbaycan turistlərini ölkəmizdən faydalanmağını istəyirik”.
Əhməd Şokri onu da qeyd edib ki ,bu il mart ayının 29-da Misir prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan prezidenti İlham Əliyevi Misirə səfərə dəvət edib.