İlham Əliyev Minskdə "Qələbə" meydanını ziyarət edib - FOTOLAR

İlham Əliyev Minskdə

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Xəbər 680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR