Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.
Bu barədə Aktual.az APA-ya istinadən məlumat verir.
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.
Hazırda Milli Təhlükəsizlik Nazirliyində kadr islahatları davam edir.
Aktual.az