Böyük Britaniyanın paytaxtı Londonda “Suriyaya və regiona dəstək” adlı konfrans öz işinə başlayıb.
Aktual.az xəbər verir ki, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Qeyd edək ki, İlham Əliyev tədbirə Böyük Britaniyanın Baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel, Norveçin Baş naziri Erna Solberg, Küveyt əmiri Sabah Al Ahmad Al Jaber Al Sabah və BMT baş katibi Pan Gi Munun dəvəti ilə qatılıb.