İlham Əliyev Laos prezidentini təbrik edib

İlham Əliyev Laos prezidentini təbrik edib

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Volaçitə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab prezident,

Laos Xalq Demokratik Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR