İlham Əliyev İveçrə prezidenti ilə görüşüb

İlham Əliyev İveçrə prezidenti ilə görüşüb

Bu gün Prezident İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının prezidenti Yohan Şnayder-Amman ilə görüşüb.


Aktual.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb. Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa Prezidenti İlham Əliyev bu gün Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirilib və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR